Hadisə
Bacısını güllələyib öldürdü - Cəzadan azad edildi
Sabirabadda bacısını güllələyib öldürən 1986-cı il təvəllüdlü Murtuz Məmmədov cəzadan azad edilib.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə M.Məmmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi məlum olub və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.
İttihama görə, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü M.Məmmədov ov silahı əldə edərək, səhər saatlarında bir evdə yaşadığı bacısı Ülviyyə Məmmədovanın yataq otağına gəlib. O, otaqda yatmış vəziyyətdə olan bacısına boğaz nahiyəsindən iki dəfə atəş açaraq qətlə yetirib. M.Məmmədov daha sonra silahla birlikdə evdən qaçıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı





































