Hadisə
Ördəyi oğurlayıb işgəncə verdi - İşə polis qarışdı
Las Veqasda yerləşən "The Venetian Resort Las Vegas" hotel-kazinosunda heyvana qarşı qəddar rəftar hadisəsi baş verib.
Publika.az "News 3 Las Vegas" nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 9-da qeydə alınıb. Kazinonun təhlükəsizlik əməkdaşı dekorativ fəvvarədən bir ördəyin qadın tərəfindən götürüldüyünü görüb və onu kameralar vasitəsilə izləməyə başlayıb. Qısa müddət sonra qadının quşu havaya atdığı, silkələdiyi, yerə çırpdığı və ona fiziki zor tətbiq etdiyi müəyyən olunub.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Əraziyə gələn hüquq-mühafizə orqanları ördəyi sağ qanadı zədələnmiş halda tapıb. Ördəyin ciddi ağrı səbəbilə insanlara yaxınlaşmağa imkan vermədiyi bildirilib.
Hadisəni törədən 29 yaşlı Destini Reyes saxlanılıb. İstintaq materiallarına əsasən, videomüşahidə görüntüləri onun təkcə ördəyi təbii mühitindən çıxarmadığını, həm də ona ciddi stress və fiziki zərər verdiyini təsdiqləyib.
Şübhəli polisə ifadə verməkdən imtina edib. Polis hesabatında qeyd olunub ki, “Destini Reyes Daffiyə (ördəyin adı) qarşı nə peşmanlıq, nə də hörmət nümayiş etdirib”.
O, heyvana qarşı qəddar rəftar və qəsdən zərər vermə ittihamı ilə həbs edilib. Məhkəmə onun barəsində 6000 dollar (10 min 200 AZN) girov müəyyən edib.
Müəllif: Adəm
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi




































