Hadisə
"TikTok"dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu - FOTO
Sosial media platformalarında daha çox baxış əldə etmək üçün edilən təhlükəli çağırışlar daha bir gənc qızın həyatına son qoyub.
Publika.az xəbər verir ki, ABŞ-da yaşayan 15 yaşlı Leah Presson "TikTok"da sürətlə yayılan və ölümcül nəticələrə yol açan "allergiya dərmanlarının həddindən artıq dozası" trendinin qurbanı olub.
Məlumata əsasən, sosial mediada populyarlıq qazanmaq istəyən gənc qız yüksək dozada allergiya həbləri qəbul etdikdən sonra öz yataq otağında huşsuz vəziyyətdə tapılıb. Qızının qıcolma (tutma) keçirdiyini görən ailəsi əvvəlcə bunun onun keçmiş sağlamlıq problemləri ilə bağlı olduğunu düşünsə də, xəstəxanada aparılan tibbi müayinələr acı həqiqəti üzə çıxarıb. Leanın sosial mediadakı qorxunc bir trendə qoşulduğu məlum olub.
Günlərlə reanimasiya şöbəsində həyatı uğrunda mübarizə aparan gənc qızın həkimlərin bütün səylərinə baxmayaraq, beyin ölümü reallaşıb və o, dünyasını dəyişib.(Milli.Az)
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)













