Hadisə
Maskalı dəstə bankomatı divardan belə qopardı - VİDEO
Böyük Britaniyanın Kembric şəhərində maskalı şəxslər bankomatı divardan qopararaq oğurlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri hadisə yerindən yayılan videoya istinadən məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə naməlum şəxslərin ekskavatorla bank binasına yaxınlaşdığı, daha sonra bankomatı divardan çıxardığı əks olunub.
Bildirilib ki, oğrular bankomatı avtomobilə yükləyərək hadisə yerindən uzaqlaşıblar.
İlkin məlumata əsasən, istifadə olunan ekskavatorun da oğurlandığı ehtimal edilir.
Hazırda polis hadisəni törədən şəxslərin axtarışını aparır. Məlumata görə, oğurlanan bankomatda on minlərlə funt sterlinq olub.
Müəllif: Adəm
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)













