Hadisə
Ayı ilə üz-üzə gəldi: İtini son anda xilas etdi - VİDEO
ABŞ-ın Alyaska ştatında qadın gəzinti zamanı ayının hücumuna məruz qalan itini xilas edib.
Publika.az "Fox News"a istinadən xəbər verir ki, hadisə göbələk toplamaq üçün meşəyə gedən Lori Praysın başına gəlib.
Qadın özü ilə alman qısatüklü pointer cinsindən olan “Xaos” və labrador cinsindən olan “Uillis” adlı itlərini aparıb.
Gəzinti zamanı Lori qəfil gurultulu səs eşidib və itlərinin ayı ilə qarşılaşdığını anlayıb. Hadisə yerinə yaxınlaşanda isə qara ayının “Xaos”a hücum etdiyini və ona ağır xəsarətlər yetirdiyini görüb.
Lori dərhal vəhşi təbiətdə özünü qorumaq üçün yanında gəzdirdiyi tapançanı çıxarıb və ayıya atəş açıb. İlk atəşdən sonra ayı yerə yıxılsa da, bir müddət sonra yenidən ayağa qalxıb. Qadın ikinci dəfə atəş açdıqdan sonra itlərini götürərək ərazidən uzaqlaşıb.
İtini yoxlayan qadın onun bədənində çoxsaylı dişləmə izləri aşkar edib. Yaraların ağırlığı səbəbindən heyvanın sağ qalacağına ümid az olub.
Daha sonra o, təcili tibbi yardıma məlumat verib və “Xaos”u baytarlıq klinikasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra itin vəziyyəti stabilləşdirilib.
Ağır yaralara baxmayaraq, “Xaos” həmin gün evə buraxılıb.
Adəm
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq


















.jpg)





















