Hadisə
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.
Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
"Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi", - Fərhad Mehdiyev deyib.
Faktla bağlı araşdırma aparılır.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)













