Hadisə
Astarada ağır qəza ölümlə nəticələndi
Astara rayonunun Siyaku kəndi ərazisində yol qəzası baş verib.
Publika.az-a bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bilidrilir ki, iyunun 18-i saat 19:00 radələrində Astara rayonunun Siyaku kəndinin ərazisində “VAZ” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
İstehsal ili 30 ildən çox olan avtomobilin ciddi deformasiyaya uğraması nəticəsində sürücüsü T.Eyvazov hadisə yerində həyatını itirib. Qəzada xəsarət alan üç sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar, xüsusilə dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobilin sazlığını, onun texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi























.jpg)












