Hadisə
FHN Xızıda yanğınla bağlı maarifləndirmə tədbirləri keçirdi
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, tədbirlərdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, istirahət mərkəzlərində çalışan və istirahət edən vətəndaşlar, həmçinin kənd sakinləri iştirak ediblər.
"Tədbirlərdə vətəndaşlara müxtəlif məkanlarda, xüsusilə də meşə zolaqları və istirahət zonalarında mümkün yanğınların qarşısının alınması üçün zəruri profilaktik tədbirlər barədə geniş məlumat verilib, yanğınlar baş verdikdə təhlükəsiz davranış qaydaları izah olunub.
Suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid yaddaş kitabçası və maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları təqdim edilib", - məlumatda vqeyd olunub.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi


























.jpg)












