Hadisə
Məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi
İsmayıllıda orta məktəb şagirdi özündən 7 yaş böyük həmkəndlisini döydüyü üçün həbs edilib.
Publika.az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində baş verib.
Kənd sakini, 2009-cu il təvəllüdlü Sovqat Məmmədov (soyad şərtidir) orta məktəbdə həmkəndlisi olan qızla eyni partada oturub. Qızı sevən kənd sakini, 2002-ci il təvəllüdlü Camal Ağayev (soyad şərtidir) isə qısqandığı üçün Sovqata xəbər göndərib ki, həmin qızla bir partada oturmasın. Sovqat bu barədə sinif rəhbərinə məlumat verib və sinifdə başqa partada oturmasını xahiş edib. Amma müəllim Sovqatın yerini dəyişməyib.
Hadisədən bir müddət sonra Camal Sovqata yenidən xəbərdarlıq etsə də, nəticə olmayıb. O, orta məktəbin yaxınlığında olan İsmayıllı Rayon İcra Hakimiyyətinin Kürdmaşı kənd ərazi dairəsi üzrə nümayəndəliyin binasının qarşısına gələrək Sovqatı həmin yerə çağırıb. Sovqat hadisə yerinə gələndə Camal yenidən onunla mübahisə edib. Mübahisə zamanı Sovqat Camalı döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Sovqat saxlanılaraq izahatı alınıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Sovqat Məmmədov 3 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.(Oxu.az)
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ


















.jpg)









.jpg)










