Hadisə
Yarım ildə 407 ölü, 1117 xəsarət - YOL QƏZALARI
2015-ci ilin ilk 6 ayı ərzində Azərbaycanın avtomobil yollarında 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 407 nəfər ölüb, 1117 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 171 hadisə (14,1%), 105 ölüm faktı (20,5%), 117 xəsarət faktı (9,5%) azalıb.
Şöbə rəisinin sözlərinə görə, qəzaların ən çoxu piyadaların vurulması ilə bağlı olub: "Piyadavurmalar ümumi hadisələrin 39 %-ni təşkil edib. Belə ki, 408 piyadavurma hadisəsi nəticəsində 143 nəfər ölüb, 313 nəfər isə xəsarət alıb. Təəssüflə qeyd edirəm ki, qəzalar zamanı ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlı uşaqlar olub. Ölənlərdən 11-i, yarananlardan isə 24-ü 7 yaşınadək, ölənlərin 23-ü, yarananların 75-i isə 7 yaşından 16 yaşınadək olan uşaqlardır”.
BDYPİ sözçüsü bildirib ki, qəzaların çoxu sürücülər tərəfindən ötmə və qarşı hərəkət zolağına çıxma əməliyyatı zamanı qaydaların pozulması nəticəsində törədilib. Bu səbəbdən 382 qəza baş verib. Nəticədə 144 nəfər ölüb, 490 nəfər isə xəsarət alıb.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf