İki ayın gəlini özünü güllələdi
Bizi izləyin

Hadisə

İki ayın gəlini özünü güllələdi

Bərdə rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Saatlı kəndində 19 yaşlı Cabbarova Aytac Əfqan qızı özünə odlu silahdan atəş açaraq intihar edib.

A.Cabbarova iki ay öncə ailə qurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm