Hadisə
“Milli Ön”ün terminallarını sındıraraq kassalarını aparan dəstə tutulub - FOTO
Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Milli Ön” terminalından oğurluq etdikləri üçün saxlanılan Amid Əliyev, Nihad Bağıyev və Elmar Məmmədovun başqa cinayət əməlləri də ortaya çıxıb.
“Report” xəbər verir ki, saxlanılan şəxslərin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qaradağ rayonu ərazisində Babalar Süleymanova məxsus mağazada və Qobustan qəsəbəsində quraşdırılmış “Milli Ön” ödəmə terminallarından ümumilikdə 3590 manat oğurlamaları müəyyən edilib.
Saxlanılan şəxslər ifadələri zamanı Bakı və Sumqayıt şəhərlərinin müxtəlif nöqtələrində quraşdırılan 20-dək “Milli Ön” terminalını sındıraraq orada olan kassanı ələ keçirdiklərini etiraf ediblər. Dəstə üzvləri barəsində Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Dəstə üzvlərinin bu tipli cinayətlərinin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, dəstə üzvləri sonuncu dəfə Yasamal rayonu ərazisində “Milli Ön” aparatındakı kassanı ələ keçirəndən sonra əldə etdikləri pulu aralarında bölmək istəyən zaman elə iş başında saxlanılıblar.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO