Hadisə
Kişi arvadını qanına qəltan etdi
Cəlilabad rayonunda qətl hadisəsi baş
verib.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.
Şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Hazarxan oğlu Abıyev
aralarında yaranan münaqişə zəminində həyat yoldaşı- 1990-cı il
təvəllüdlü Təranə Saməddin qızı Abıyevanı bıçaqla çoxsaylı zərbələr
endirərək qətlə yetirib.
Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Qətli törədən 32 yaşlı Anar Abıyev isə polis əməkdaşları
tərəfindən saxlanaraq prokurorluq əməkdaşlarına təhvil
verilib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi
açılıb, araşdırma aparılır.
Bundan əvvəl də oxşar hadisə Lənkəranda baş vermişdi. Lənkəran
sakini 39 yaşlı Fuad Kəlbiyev bıçaqla 34 yaşlı həyat yoldaşı
Lətafət Ağayevanı qətlə yetirmişdi.
O, həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi vurmuşdu. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişmişdi.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır