Hadisə
Volqoqradda erməni-azərbaycanlı davası: 21 yaşlı həmyerlimiz öldürüldü (YENİLƏNİB)
Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki “Bariton” karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.
Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə “Bariton”un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb.
Bundan sonra yaralının dostları onu öz maşınları ilə xəstəxanaya aparıblar. Lakin bar sahibinin oğlu bununla da sakitləşməyib və öz dostları ilə avtomobili təqib etməyə, təqib edə-edə həmin maşına atəş açmağa başlayıb. O hətta xəstəxananın həyətində də atəş açmaqda davam edib. Daha sonra isə hadisə yerini tərk edib.
Yaralı xəstəxanaya çatanda keçinib. 21 yaşlı azərbaycanlı gənc boynundan aldığı güllə yarasından ölüb. Bar sahibinin 34 yaşlı oğlu isə həbs edilib.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Bariton” barı Volqoqraddakı erməni biznesmenə məxsusdur.
***
Rusiyanın Volqoqrad şəhərində ermənilərin öldürdüyü azərbaycanlının adı məlum olub. Publika.az-ın məlimatına görə, ölən şəxs 24 yaşlı Eduard Nəbioğludur. Onun Balakən şəhərində doğulduğu bildirilir.
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir