Hadisə
Masallıda film kimi hadisə: Qadın 5 saat kolluqda...
Masallı rayonu Köçəkli kəndində ailə münaqişəsi zəminində baş verən hadisələr fərqli məcraya yönəlib.
Cebhe.info-ya müraciət edən Masallı rayon sakini Qismət Həsənovun iddiasına görə, bacısı Gülnurə Həsənova ilə nikahda olan Ramin Kərimov həyat yoldaşından ayrılmaq üçün kəndin bir neçə sakini ilə lbir olaraq arvadına plan qurub: “Ramin Kərimov bacımla 8 ildir ki, evlidir və iki övladları var. O, neçə müddətdir ki, bacımın üstünə başqa qadın gətirmək istəyir. Bacım isə buna razılıq verməyib və iki qadının bir evdə yaşamasına etiraz edib. Əvvəl Ramin istədi ki, bacımdan boşansın. Fikirləşdi ki, uşaqlar azyaşlı olduğu üçün anada qalacaq və hər ay onlara aliment vermək məcburiyyətində qalavcaq. Bu, ona sərf etmədi və başqa plana əl atdı”.
Şikayətçi deyir ki, Ramin bacısını əxlaqsız kimi qələmə verərək, analıqdan məhrum etmək məqsədilə kəndin hacısı Hacı Ramazanla (kənddə ona Hacı Mazan deyirlər) plan qurublar: “Hacı Mazan Raminə təklif verib ki, bacımın bir nəfərlə münasibətinin olması barədə kənddə söz yayılsın. Bunu reallaşdırmaq üçün əməlli-başlı ssenari qurublaro. Bacım öz evlərinin həyətində paltar yığarkən qəflətən evin darvazası döyülüb. Adətən axşamlar qaynatasıgilin ailəsi onlara qonaq gəlirdi. Elə bilib ki, qapını döyən onlardan biridir. Amma darvaza açılanda yad bir şəxs içkili vəziyyətdə içəri daxil olub. Hansı ki, bacım onu birinci dəfədir ki, görüb. Ramin də uşaqlarla evdə olublar. Elə bu anda Ramin evin eyvanına çıxaraq əlindəki ov tüfəngini bacıma tuşlayıb. Bərkdən qışqıraraq “sizi tutdum, əxlaqsız” deyə bağırıb. O anda bacım qorxusundan həyətdən küçəyə qaçıb və evdən bir az aralıdakı kolluqda gizlənib. Həcc ziyarətinə getmiş bir şəxsin belə ssenari qurub günahsız qadına ləkə vurması hansı məntiqə sığır? Ramin Kərimov hadisə baş verən anda bütün kəndi, bir sözlə bütün qohumlarını və Masallı rayon Polis İdarəsinin əməkdaşlarını evinə töküb. Özü isə yoldaşının azyaşlı övladlarını qoyub bir nəfərlə qaçdığı xəbərini kəndə yayıb".
Şikayətçi bacısının gizləndiyi yerdə 5 saat qaldığını və kifayət qədər qorxu və utanc hissi keçirdiyini deyib: “Onun ağlına da gəlməyib ki, həyat yoldaşı tərəfindən şər-böhtanla üzləşəcək. Polis İdarəsinin əməkdaşları bacımı və o oglanı taparaq pols bölməsinə aparıblar. Onu təhqir edərək, ünvanına küçə və əxlaqsız söyüşlər deyiblər, onunla küçə qadını kimi rəftar ediblər. Başına və bədəninə çoxlu sayda zərbələr endiriblər. Bacıma məcburi qaydada oxumadığı izahata qol çəkdiriblər. İzahatda yazılıb ki, guya bacım o şəxslə üç gündür ki, görüşür və münasibətləri var. On an Hacı Ramazan bölmədən küçəyə çıxaraq kənd camaatına deyib ki, qız etiraf etdi”.
Qismət Həsənovun sözlərinə görə, bacısı 9 saat polis bölməsində saxlanılıb: “Əxlaqsız olsa belə, onu döyməyə ixtiyarları yoxdur”.
Şikayətçi bacısının izahatının Masallı rayon Məhkəməsinə göndərildiyini bildirib: “İşə düzgün baxılmır. Bu məsələnin ictimailəşməsini istəyirik. Bacım istəyir ki, adı təmizə çıxsın və uşaqlarına qovuşsun. Bunun üçün kimə müraciət etmək lazımdırsa, edəcəyik”. Qarşı tərəfin mövqeyini yayınlamağa hazırıq.
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ