Hadisə
Bakıda iki rəfiqənin faciəsi: arıqlamaq dərmanı onları öldürdü - FOTO
Qadınlar arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. Son zamanlar onlar daha asan bir üsul seçiblər. Həmin üsulla arıqlamaq asan olsa da, qadınların həyatları bahasına başa gələ bilər. Qadınlar arıqlamaq üçün xususi həblərdən istifadə edirlər.
Publika.az criminal.az-a istinadən xəbər verir ki, Bakıda dərman qəbul etməklə arıqlamaq istəyən iki yaxın rəfiqə həyatları ilə vidalaşmalı olub.
Hər iki qadın arıqlamaq üçün Tengda Plus dərmanından istifadə edib. Qadınlardan biri Cəmilə İsmayılovadır. Onun rəfiqəsinin adını isə Lalədir. İlk olaraq Lalə dünyasını dəyişib. Bir neçə gün sonra isə C.İsmayılova dərmanın qurbanı olub. Hətta C.İsmayılova rəfiqəsi öləndən sonra öz ''facebook'' səhifəsində profil şəkli kimi rəfiqəsinin fotosunu yerləşdirib. Lakin vaxtsız ölüm onu haqladığından profil şəkli olaraq hələ də rəfiqəsinin fotosu qalıb.
Mərhumların yaxınları ilə əlaqə saxlamaq mümkün olmasa da, rəfiqələri onların məhz arıqlama dərmanından öldüklərini təsdiqlədilər.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO