Hadisə
Nuriyyə Əhmədovanın bacısı: “Son nəfəsində üç dəfə “ana” dedi” - FOTOLAR
Xalq artisti Nuriyyə Əhmədova bu gün Şüvəlanda bacısının evindən son mənzilə yola salınacaq.
Bu haqda Teleqraf.com-a xalq artistinin bacısı Sevil Mikayılova bildirdi. O qeyd etdi ki, xalq artisti kiçik bacısı Dubaydan qayıtdıqdan sonra dəfn ediləcək: "Nuriyyə xəstəxanada mənə dedi ki, ölürəm. Son nəfəsində üç dəfə "ana" dedi. Həkimlər əlindən gələni etdilər. Onun uşaqlarını mən böyütmüşəm, o isə çəkilişlərə qaçırdı".
Əməkdar artist Nahidə Orucova isə qeyd etdi ki, bacısının evindən deyil, Şüvəlan Mədəniyyət Sarayından cənazəsi götürülsə, daha yaxşı olar: "Bilmirəm, kimdən icazə almaq lazımdır. Mədəniyyət Sarayından bildirirlər ki, bizə heç bir məlumat verməyiblər".
Qeyd edək ki, hüzr mərasiminə əməkdar artistlər Aybəniz Haşımova, Telli Hüseynova, Mehriban Xanlarova və Mədinə Məlik də qatılıblar.
Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi dəfn mərasiminə gül çələngi göndərib.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı