Polis Eynulla Fətullayevi saxladı
Bizi izləyin

Hadisə

Polis Eynulla Fətullayevi saxladı

Jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb.

Publika.az virtualaz.org saytına istinadən xəbər verir ki, insident E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında bu tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.

E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Müəyyən müddət sonra hər üç jurnalist azad edilib. Jurnalistlər polis tərəfindən saxlanmaları barədə “Marş” qaçqınları müdafiə təşəbbüs qrupunun rəhbəri Filip Vannesonu məlumatlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm