Cəlilabadda qeyri-adi oğurluq
Bizi izləyin

Hadisə

Cəlilabadda qeyri-adi oğurluq

Cəlilabadda oğurluq hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, naməlum şəxs və ya şəxslər xüsusi alətlərdən istifadə etməklə rayonun Göytəpə şəhər sakini Nəsir Quliyevə məxsus fərdi təsərrüfatdakı quş damına girərək, oradan xeyli sayda toyuq-cücə, ördək və hind toyuğu oğurlayıblar. Oğrular ev quşları səs salmasın deyə, onların dimdiklərini yapışqan kağızlarla bağlayıblar.

Bankdan götürdüyü yüksək məbləğdə kreditlə fərdi təsərrüfatını inkişaf etdirmək fikrində olan Nəsir Quliyevin sözlərinə görə, ona məxsus 50 hind toyuğu, 30 qaz, 25 ördək və 30-a yaxın toyuq oğurlanıb. Ümumilikdə isə təsərrüfat sahibinə 5 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, oğurluq hadisəsini törədənlərin tapılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm