26 manatın güdazına getdi…
Bizi izləyin

Hadisə

26 manatın güdazına getdi…

Samuxda oğurluq edən Gəncə şəhər sakini tutulub. Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 18-də Zahid Bayramquliyevə məxsus mağazadan 26 manat oğurlamış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Şirinov tutulub.

Sumqayıt sakini isə Bakıda oğurluq edib. DİN-in saytında bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 20-də Vladimir Vorobyovun cibindən 80 manat və sənəd oğurlamış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Bayramov yaxalanıb.

Paytaxtda daha bir oğurluq hadisəsi Nəsimi rayonunda olub. DİN-in məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Könül İsmayılovanın mənzilindən 2150 manat və məişət əşyası oğurlamış Bakı şəhər sakini Lalə Rüstəmova tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm