Hadisə
Qaxda dəhşətli qəza: Sürücü yandı – FOTO

Qaxda sürücünün idarəetməni itirməsi ilə ağaca çırpılan avtomobil yanmağa başlayıb.
Report-un məlumatına görə, hadisə Qax-Qorağan yolunun 2-ci kilometrliyində rayonun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayon sakini 25 yaşlı Tərlan Fərhad oğlu Cəbrayılov Şəki-Zaqatala istiqamətində idarə etdiyi 90-TZ-735 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi ilə yolun kənarında yerləşən bir neçə ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə yanğın baş verib. Yanan avtomobildə sürücü Tərlan Cəbrayılov yanıq xəsarətləri alıb.
Avtoqəzanın baş verdiyi əraziyə Qax Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.Yanıq xəsarətləri alan sürücü isə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkim Vəli İsaqovun verdiyi məlumata görə, sürücünün hər iki qolu, baş-boyun və gövdənin arxa səthi 2-ci, 3-cü dərəcəli yanıb. Xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Qəzanın baş verməsinə ilkin ehtimal olaraq yüksək sürət, havanın çiskinli olması və yolun sürüşkənliyi göstərilir.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.




-
Nida Təhlil 31 May 23:22
Kişinyovdan gözləntilər: Əliyevlə Paşinyan sülhə imza atacaqmı?
-
Qoroskop31 May 22:37
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Ekologiya31 May 21:58
Hava ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ - VİDЕО
-
Sosial31 May 19:20
Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
-
Sosial31 May 17:53
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Video
-
Sosial31 May 17:15
Evini sığortalamayan vətəndaşlar cərimələnəcək? - Xəbərdarlıq
-
Qarabağ 31 May 16:19
Bakı qısa müddətdə Xankəndiyə qayıdacaq, Ankara... - Abovyan açıqlayır
-
Magazin131 May 15:20
Azərbaycanın ən yaraşıqlı kişisi o seçildi - FOTO/VİDEO