Bakıda əcnəbiləri soyan dəstə zərərsizləşdirildi
Bizi izləyin

Hadisə

Bakıda əcnəbiləri soyan dəstə zərərsizləşdirildi

Bakıda soyğunçuluq etmiş cinayətkar dəstənin üzvlər saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Rusiya vətəndaşı Georgiy Rostovşikovun içərisində 250 manat, 200 avro və 100 dollar, habelə mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almış Balakən rayon sakini Yadigar Qurbanov, Qəbələ rayon sakini Vasif Musayev və Sabirabad rayon sakini Bəhruz Məmmədov tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 25-də Səbail rayonu ərazisində “Bredro SHOK” neft şirkətinin mühəndisi, Hindistan vətəndaşı Vishal Kiron Sammeli bıçaqla hədələyib 50 manatını, sürücülük vəsiqəsini və 2 ədəd bankomat kartını almaları da müəyyən edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm