Hadisə
Yanan binada özünü xilaskar kimi təqdim edən oğlan həbs edildi
Bakının Binəqədi rayonunda yanan binada özünü qəhrəman kimi təqdim edən şəxsi polis həbs edib.
Bakı şəhər Baş polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.
Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. Oğurluqda şübhəli bilinən şəxsin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.
Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs yalandan 4 nəfəri yanğından xilas etdiyini bildirmişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum oldu.
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI