Hadisə
Bakıda "Jiquli" avtobusla toqquşdu: yaralılar var
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.
Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə
minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi
“VAZ 2104” maraklı minik maşını sərt döngədə 104 saylı xətt üzrə
hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə “Jiquli” gəldiyi
sürətlədə içtimai nəqliyyata çırpılıb.
Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində
sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində “Jiquli”nin sürücü ilə
yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər
iki yaralı təcili tibbi yardımla xəstəxana aparılsa da, xəsarətləri
ağır olan “VAZ”ın sürücüsü travmatologiya şöbəsinə
yerləşdirilib.
45 yaşlı xanım isə ilkin tibbi yardımdan sonra evə
buraxılıb.
Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon polis idarəsində aparılır. Hadisəyə səbəb kimi, “Jiquli”nin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.(anspress)
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi