Hadisə
Ağcabədidə ölülər suyun içində qalıb - VİDEO
Ağcabədi rayonundakı ən iri məzarlıqlardan olan "Üzeyir" qəbiristanlığına tullantıların atılması sakinləri ciddi narahat edir. Onlar deyirlər ki, buraya qəbirlərin üzərindəki əklil və güllərlə yanaşı, digər məişət tullantıları da atılır.
El TV (Region TV) xəbər verir ki, yaranan hal ərazidə sahibsiz itlərin və vəhşi heyvanların çoxalmasına səbəb olur. Bunun nəticəsidir ki, bir neçə məzar yırtıcılar tərəfindən eşilib. Sakinlər bu kimi halların yaranmasının başlıca səbəbini isə oradakı şor kanalının təmizlənməməsində görürlər.
"Qəbir qazılanda su çıxır. Ölülərimiz suyun içindədir. Bizə lazımdır ki, bu, təmizlənsin", - deyə sakin Məzahir Mehdiyevbildirib.
Ağcabədi Rayon Su Meliorasiya İdarəsinin əməkdaşarı isə artıq
əraziyə baxış keçiriblər. İdarənin baş mütəxəssisi Eldar Əhmədov
qısa müddətdə kanalın təmizlənəcəyini deyib.
Bildirək ki, "Üzeyir" qəbiristanlığı Ağcabədinin həm böyük, eyni zamanda da qədim məzarlığıdır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi