Nardaranda yenə silah tapıldı: avtomat, tapança...
Bizi izləyin

Hadisə

Nardaranda yenə silah tapıldı: avtomat, tapança...

Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm