“Günəşli” yatağıyla bağlı son vəziyyət açıqlandı
Bizi izləyin

Hadisə

“Günəşli” yatağıyla bağlı son vəziyyət açıqlandı

Hazırda bütün cəhdlərə baxmayaraq “Günəşli” yatağında baş vermiş yanğın səbəbindən itkin düşmüş neftçilərlə bağlı yeni məlumat əldə edilməyib.

Publika.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov deyib.

O, qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin gəmiləri və helikopterləri itkin düşmüş şəxslərin axtarışlarını davam etdirirlər.

B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub: "Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri də hadisə yerinə cəlb olunub".

B.Əlirəhimov bu gün yanğının söndürülməsi ehtimalının böyük olduğunu bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm