Hadisə
Gəncədə valyutadəyişmə məntəqəsinə basqın olub
Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından
vurulub.
Hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə
alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il
təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti
alətlə başından vurulub.
Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə
şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin
orta ağır olduğu bildirilir.
K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını
bildirib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma
aparılır./APA/
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?