
Ermənistan ordusu işğal olunmuş Azərbaycan torpaqlarında daha bir əsgərini itirib.
Publika.az “news.am” saytına istinadən xəbər verir ki, fevralın 4-dən 5-nə keçən gecə erməni hərbi qulluqçusu Simon Çavrşyan (1996) Azərbaycan hərbçilərinin açdığı cavab atəşi ilə öldürülüb.
Məlumata görə, erməni hərbi qulluqçusu təmas xəttinin cənub istiqamətində yerləşən hərbi hissələrdən birində qulluq edib.