• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Kanalda batan ərəblərə ov icazəsi verilməyib (YENİLƏNİB)

  • Hadisə
  • 9 Fevral 2016 12:11
  • 2 377 Baxış
Kanalda batan ərəblərə ov icazəsi verilməyib (YENİLƏNİB)

Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb.

İmişlidə ağır yol qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı, 37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, kanalda batan xarici ölkə vətəndaşlarına ov icazəsi verilməyib.

Məlumatda deyilir ki, fevralın 8-də gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Dünən gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR