Banka basqın edən şəxsin adı açıqlandı
Bizi izləyin

Hadisə

Banka basqın edən şəxsin adı açıqlandı

"DəmirBank"a basqın edən şəxsin kimliyi məlum olub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində ötən gecə "DəmirBank"ın rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən filialına basqın edərkən tutulan şəxsin 1967-ci il təvəllüdlü Elxan Hüseyn oğlu Məsumov olması müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb.

Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyini görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb.

Faktla əlaqədar başlanan araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm