Hacıqabulda maşın aşdı, qadınlar xəsarət aldı
Bizi izləyin

Hadisə

Hacıqabulda maşın aşdı, qadınlar xəsarət aldı

Bakı-Qazax magistralında avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, fevralın 21-də saat 12.30 radələrində Bakı-Qazax magistralının 111-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verən avtoqəzada iki qadın yüngül xəsarət alıb.

KİA markalı, 99 VQ 507 dövlət nömrə nişanlı avtombil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Bağırova Səadət Nəriman qızı və 1953-cü il təvəllüdlü Həmidova Nazlıbəyim Adil qızı yüngül bədən xəsarətləri alıb.

Hər iki sərnişinə təcili yardım briqadası hadisə yerində yardım göstərib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm