Hadisə
Kişiləri evlilik adı ilə aldadan azərbaycanlı qadınlar tutuldu
Türkiyədə kişiləri evlənmək adı ilə aldadaraq soyan iki azərbaycanlı qadın tutulub.
ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşı olan iki qadın cinayət başında yaxalanıblar. Onlar son olaraq Karabükdə evlənmək vədi ilə 88 yaşlı kişiyə qarşı dələduzluq ediblər.
Niyazi Yalçın adlı yaşlı kişi tək qalmamaq üçün ailə qurmaq istəyib. Bu məqsədlə o, azərbaycanlı qadınla tanış olub. İki qadın toy hazırlıqları adı ilə ondan 10 min lirə (təqribən 5 min manat) alıblar. Lakin yaşlı kişi daha öncə 55 yaşlı Natalya M. və 43 yaşlı Samirə B. tərəfindən dələduzluğa məruz qalan bir şikayətçini görüb. Onun təqdim etdiyi fotoların tanış olduğu qadınlara bənzədiyini görən şəxs dərhal polisə məlumat verib. Bu hadisədən xəbər tutan qadınlar taksi ilə qaçmağa çalışıblar.
Lakin polis onları yolda saxlaya bilib. Məhkəmə tərəfindən barələrində həbs qətiimkan tədbiri seçilən qadınlar həbsxanaya göndəriliblər.
Məhkəmə binasından çıxan qadınlar haqlarındakı iddiaları qəbul etməyiblər. "Övladları ona qarşı dələduzluq edib, bizim üstümüzə atırlar. Başqa şikayətçilər isə bizi bənzədiblər".
Polis tərəfindən aparılan araşdırmada qadınların eyni üsulla Ankara, İzmir, Niğde kimi bir çox regionlarda da yaşlı kişilərə qarşı dələduzluq etdiklərini, şəxsiyyət vəsiqələrinin saxta olduğu müəyyən edilib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi