Hadisə
Ermənilər xarici jurnalistləri atəşə tutdu
Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.
AZƏRTAC-ın Tərtərə ezam olunmuş əməkdaşları xəbər verir ki, Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutub.
Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olub. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən mərmi kənarda yerə düşüb.
Avtomobildə AZƏRTAC-ın və Associated Press-in əməkdaşları olub.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq