Hadisə
Əcnəbiləri Azərbaycana gətirən 3 dəstə zərərsizləşdirildi
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılıb.
DMX-dan Publika.az-a verilən məlumata görə, araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşları Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub.
S. Hamontanın ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhədini keçməyə və Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya axınına qoşulmağa sövq etdiyi müəyyən edilib: “Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub. Eyni zamanda, qanunsuz miqrasiya kanalının digər təşkilatçılarından olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəyyən edilib”.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks
tədbirlər nəticəsində son 4 ay ərzində Azərbaycan Respublikası
ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla
İran-Türkiyə-Avropa marşrutu üzrə miqrasiya kanalını təşkil etməyə
cəhd göstərən 3 mütəşəkkil dəstə zərərsizləşdirilib.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq