Gəncə Qənnadi fabriki yandı - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Gəncə Qənnadi fabriki yandı - FOTOLAR (YENİLƏNİB)

Gəncədə qənnadi fabrikində yanğın baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə Qənnadi ASC-də yanğın baş verib. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb..

İlkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov bildirib ki, müəssisə rəhbərliyi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu güman edir.

Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm