Bakıda iki avtomobil toqquşdu, biri yandı
Bizi izləyin

Hadisə

Bakıda iki avtomobil toqquşdu, biri yandı

Bakıda yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus VAZ markalı minik avtomobili ilə Mercedes markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində Mercedes markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm