Hadisə
Gəncədə ruhi xəstə xəstəxananı alt-üst etdi
Damarlarını kəsdiyi üçün Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilən ruhi xəstə tibb müəssisəsinin iki şöbəsini alt-üst edib.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə mayın 20-də günorta saatlarında baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Asim Hüseynov qolundakı damarını kəsdiyi üçün Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Həkimlər onu əməliyyata almaq istədiyi zaman isə A. Hüseynov bundan imtina edib. Daha sonra xəstəxananın travmatologiya və reanimasiya şöbələrini dağıtmağa başlayıb. Pəncərə şüşələrini, laboratoriyada bir sıra avadanlıqları və başqa tibb avadanlıqlarını sındıran xəstə tibb ocağına çağırılan polis əməkdaşları tərəfindən saxlanılıb. Keyləşdirici iynədən sonra həkimlər onun damarına tikiş qoyublar.
Qeyd edək ki, A. Hüseynov ruhi əsəb xəstəliyindən əziyyət çəkən şəxsdir. Bu səbəbdən əməliyyat başa çatdıqdan sonra o, Gəncə ruhi əsəb xəstəxanasına göndərilib.
Sami Süleymanlı
-
Nida Xəbər 17:05
TƏCİLİ: Azərbaycanda vəzifəli şəxslər cinayət başında yaxalandılar - FOTO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...