Hadisə
Vərəm dispanserində dava: 1 ölü, 1 yaralı
Bu gün Bakının Xəzər rayonunda vərəm
dispanserində kütləvi dava olub.
Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsindən
ANS PRESS-ə verilən məlumata görə, hadisə saat səhər saat 06
radələrində qeydə alınıb.
Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm
dispanserində müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il
təvəllüdlü Əjdər İsa oğlu İsmayılov otaq yoldaşı, 1969-cu il
təvəllüdlü Vahid Camal oğlu Muradov və 1986-cı il təvəllüdlü Elşən
Təyyar oğlu İsmayılovla dalaşıb.
Dava zamanı o, bıçaq götürərək otaq yoldaşlarını
vurub. Aldığı bıçaq zərbəsində V. Muradov hadisə yerində ölüb, E.
İsmayılov isə ağır xəsarət alıb.
İşi araşdıran bölmənin təhqiqatçısı, polis baş
leytenantı Natiq Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə,
məhbuslar mübahisə ediblər. Mübahisəyə səbəb Əjdər İsmayılovun
dəfələrlə Vahid Muradov tərəfində ələ salınması olub. Tənələrdən və
ona edilən rişxənddən cana doyan Əjdər İsmayılov etirazını
bildirib. Bunun nəticəsində isə söyülüb.
Nəticədə Əjdər İsmayılov bıçağa əl
atıb.
Qeyd edək ki, Vahid Muradov əvvəllər məhkumluq
həyatı yaşayıbmış. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi
başlanıb, araşdırma aparılır. Hadisəni törədən Ə. İsmayılov
saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?