Hadisə
Bakıda məşhur restoranın işçiləri qəzaya düşdü: 6 yaralı - FOTOLAR
Bakıda mikroavtobus və minik maşınının toqquşmasına səbəb olan qəza baş verib.
"Report"un məlumatına gorə, hadisə Nəsimi rayonu, Eldar Babayev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yeni inşa olunan körpünün üstündə qeydə alınıb.
Belə ki, 31 yaşlı Elvin Tətifovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla əks istiqamətdə gələn "Daewoo" markalı minik avtomobili toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və maşında olan 5 nəfər sərnişin xəsarət alıb. Onlar "Təcili tibbi yardım" avtomobili ilə 1 Saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan "Mercedes" markalı mikroavtobus Bakıda fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsinin gecə növbəsindən çıxan əməkdaşlarını evlərinə aparırmış.
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq