Hadisə
Bakılı qadın Tovuzda bıçaqlandı
38 yaşlı qadının Tovuzun mərkəzindəkı parkda gəzməsi qanla bitdi.
Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən
məlumata görə, mayın 29-da 22 radələrində rayonun Heydər Əliyev
parkında bıçaqlanma hadisəsi baş verib. Belə ki, Bakıdan Tovuza
qonaq gedən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Sevinc
Babayeva rayonun mərkəzində yerləşən parkda gəzintidə olan zaman
ona tanımadığı bir şəxs yaxınlaşıb. Aralarında baş vermiş mübahisə
zamanı digəri üzərində gəzdirdiyi bıcaqla 38 yaşlı qadına bir bıcaq
zərbəsi endirərək hadisə yerindən qaçıb. Yaralı yaxınlqdakı
şəxslərin köməyi ilə öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına daha
sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.
Əməliyyata alınan qadının vəziyyəti hazırda orta-ağır olaraq
qalır.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi açılıb. İstintaq aparılır.
Sami Süleymanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq