Hadisə
Bakıya gələn rayon maşınları belə saxlanıldı - FOTO
I Avropa Oyunları ilə əlaqədar olaraq bu gün 16:30-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhəri ərazisinə girişinə qadağalar tətbiq olunmağa başlanılıb.
Report.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Bakir Həsənov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri ərazisinə daxil olmaq istəyən sürücülərə tövsiyə olunur ki, ya hərəkət istiqamətini dəyişsinlər, ya da nəzərdə tutulmuş dayanacaqlarda avtomobillərini park edərək ictimai nəqliyyatdan istifadə etməklə şəhərə daxil olsunlar: "Bütün bunlar vətəndaşların Bakı şəhəri ərazisinə daxil olmasını qadağan etmir. Sadəcə, Olimpiya iştirakçılarının, idamançıların və sakinlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda, sıxlığın və tıxacların qarşısını almaq məqsədilə I Avropa Oyunları bitənə qədər bu kimi vasitələrdən istifadə olunacaq".
B.Həsənov əlavə edib ki, DYP-nin əməkdaşları təyin olunan ərazilərdə 24 saat xidmət aparacaqlar. "Burada təkcə rayon qeydiyyatında olan maşınlar deyil, eyni zamanda, texniki nasaz olan avtomobillər də Bakı şəhəri ərazisinə buraxılmayacaq. Avtomobillərin ön və arxa hissələrində müəyyən detalların olmaması, əlavə avadanlıqlar quraşdırılan avtomobillərin də Bakı şəhəri ərazisinə daxil olmasına qadağalar qoyulub. Bütün bunlara nəzarət isə DYP əməkdaşlarına həvalə olunub və onlar təyin olunan ərazilərdə növbəli şəkildə 24 saat xidmət aparacaqlar".
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq