Hadisə
Gürcüstandakı soydaşlarımız təbii fəlakətlə üz-üzə
İyunun 20-dən 21-nə keçən gecə Gürcüstanda yağan leysan
yağışları və qasırğa azərbaycanlıların yığcam yaşadıqları Bolnisi
və Marneuli rayonlarında ciddi fəsadlar törədib.
Publika.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, qasırğa
Marneuli şəhərində bəzi binaların damlarını uçurub, ağacları yıxıb,
yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb, yüzlərlə ev
işıqsız qalıb. Bir neçə kənddə evlərə su dolub, təsərrüfatlara,
meyə bağlarına, istixanalara ciddi ziyan dəyib.
Marneuli bələdiyyəsinin sədr müavini Temur Beridze bildirib ki,
20-25 dəqiqə ərzində evlərin birinci mərtəbələrini və həyətyanı
sahələri su basıb.
T.Beridze uzun illərdir bölgədə belə güclü qasırğa və yağışların
müşayiət olunmadığını qeyd edib.
Güclü leysan yağışları Bolnisi rayonunda da ciddi fəsadlar
törədib.
Rayonun Qoşakilsə kəndinə 20 santimetr qalınlığında dolu düşüb.
Daşdıqullar, Həsənxocalı, Arıxlı, Kalağır və digər kəndlərdə meyvə
bağlarına, taxıl sahələrinə və fərdi təsərrüfatlara ciddi ziyan
dəyib.
Hazırda yerli bələdiyyələr və icra strukturları şəhər və kəndlərə
dəyən ziyanın miqdarını hesablayırlar.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu