Hesabat
Rusiyanı gözləyən qorxunc 4 il, dünya və neft qiymətləri üçün Çin təhlükəsi – HESABAT
Yola saldığımız həftə diqqətlər Avropa Birliyi iqtisadiyyatına yönəldi. Avropa Mərkəzi Bankı 500 avroluq banknotları tədavüldən çıxarmağa hazırlaşdığını açıqladı."S&P" beynəlxalq reytinq agentliyi Rusiya daxil olmaqla, inkişaf etmiş ölkələrdə dövlətə aid şirkətlərin yüksək həcmdə borclarının bu ölkələrin suveren reytinqlərinin aşağı salınmasına və ümumiyyətlə, iflas etməsinə gətirib çıxara biləcəyini bildirdi. Yunanıstan höküməti maliyyə sıxıntılarını həll etməyin çarəsini yüksək pensiya alanların pullarını kəsməkdə tapdı, İspaniyada işsizlik azaldı.
Publika.az olaraq başlayırıq "S&P" beynəlxalq reytinq agentliyinin hesabatından. Sözügedən hesabata əsasən, bir çox inkişaf etməkdə olan ölkə öz dövlət şirkətlərinin borcu səbəbindən büdcə riskləri ilə üzləşə bilər. 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin dövlət şirkətləri istiqrazlar üzrə 180 mlrd. dollar borc ödəməlidirlər. Həmçinin hesabatda bu şirkətlərin 2026-cı ilə qədər məcmu borclarının 435 mlrd. dollar olduğu bildirilib. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin kəskin azalması fonunda inkişaf etməkdə olan ölkələrin dövlət şirkətlərinin borclarının daha da artacağını xatırladıb."S&P"ə görə, bu ölkələr arasında Rusiyanın "Qazprom" şirkətinin də yer aldığı ilk 5 ən borclu şirkətin öhdəliklərinin məcmu borclarda xüsusi çəkisi 25% təşkil edir.
"Bloomberg" agentliyi də Rusiyanı xəbərdar edib. Agentliyin 28 analitik arasında aparılan sorğu nəticəsində bəlli olub ki, Rusiya hökuməti 2020-ci ilə qədər büdcə kəsirindən qurtula bilməyəcək. 23 analitik bu fikiri dəstəkləyib, 4 analitik isə gəlirlərin ancaq 2025-ci ildən sonra xərcləri örtəcəyini bildirib.
İqtisadçılar hesab edirlər ki, Rusiya iqtisadiyyatının stimullaşdırılması üçün iqtisadi islahatların keçirilməsi zəruridir."Promsvyazbank"ın analitiki Sergey Narkeviç "Bloomberg"ə verdiyi müsahibədə "genişmiqyaslı verg-büdcə stimullaşdırması qısamüddətli iqtisadi artımı sürətləndirmədə effektiv olsa da, uzunmüddətli perspektivdə iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir" deyə bildirib. Onun sözlərinə görə, əksinə, belə siyasət büdcə və maliyyə sisteminin sabitliyinin pozulmasına gətirib çıxara bilər.
Çin iqtisadiyyatının da vəziyyəti xoş deyil. “Standard&Poor's" un keçirdiyi stress-testə görə, Çin iqtisadiyyatı yavaşlayacağı təqdirdə, neftin qiyməti kəskin azalacaq. Bu zaman daha çox neqativ təsirə məruz qalacaq ölkələr Rusiya, Avstraliya və Braziliya olacaq. Ümumiyyətlə, xammal ixrac edən ölkələrin yarısının reytinqinin azalacağı proqnozlaşdırılır. Stress-testin nəticələrinə əsasən, Çin iqtisadiyyatının yavaşlaması bu ölkəyə investisiya qoyuluşunu kəskin azaldacağından, 2017-2020-ci illərdə iqtisadi artım orta hesabla 3,4%-ə qədər geriləyəcək. Bu da Çinin 2016-cı ilin ilk rübündə göstərdiyi iqtisadi artım tempindən (6,9%) təxminən iki dəfə azdır. Çin iqtisadiyyatının zəifləməsi isə öz növbəsində 2017-2020-ci illərdə "Brent" markalı neftin qiymətinin orta hesabla 30 dollar/barelə qədər ucuzlaşmasına səbəb olacaq. 2017-ci ildə isə ümumiyyətlə, "Brent" markalı neftin 20 dollar/barel səviyyəsində olacağı ehtimal edilir. Çində iqtisadi artımın yarıbayarı azalmasının yuanın da 25% devalvasiyasına səbəb olacağı proqnozlaşdırılır. Qeyd edək ki, hazırda dolların məzənnəsi 6,50 CNY/USD səviyyəsində olsa da, "S&P"nin stress-testi məzənnənin 8,12 CNY/USD-yə qədər yüksələcəyini göstərir. Belə bir ssenari həyata keçərsə, ən çox xammal ixrac edən ölkələrin suveren reytinqlərinin mənfi təsirə məruz qalacağı bildirilir. İlk növbədə Rusiya, Avstraliya və Braziliyanın suveren kredit reytinqlərinin azaldılması gözlənilir. Bu ölkələrin reytinqlərinin minimum bir pillə azaldılması mümkündür. Qeyd edək ki, hazırda bu ölkələrin suveren reytinqləri ən neqativ səviyyə olan "BB+", proqnozları isə "neqativ"dir. Stress-testin nəticələrinə görə, kredit reytinqlərinin aid olduqları region və xammaldan asılı olaraq 16-50% ölkələrdə aşağı salınması gözlənilir. Ən yüksək risk Asiya-Sakit okean regionunda yerləşən korporativ emitentlərə aid olacaq. Şimali Amerikanın maliyyə və sığorta sektorları isə bu prosesdən heç bir zərər görməyəcək. Martda "S&P" agentliyi Çinin suveren kredit reytinqini "AA-" səviyyəsində təsdiq etsə də, proqnozu "neqativ"ə salıb. Bu da Çində iqtisadi canlanma olmayacağı təqdirdə, kredit reytinqinin qısa zamanda azaldılması ilə nəticələnə bilər.
Avropa Birliyindən çıxmaqla bağlı referendum hazırlaşan İngiltərədə xidmət sektoru aprel ayında yavaşlayıb. Mütəxəssislər bildirir ki, buna iyunun 23-də keçiriləcək referendum təsir edib. Onların rəyinə görə, İngiltərənin böyümə sürəti ilin ikinci üç ayında 0.4 faizdən 0.3 faizə düşəcək: “İyunun 23-də AB-dən çıxma qərarı verilərsə, İngiltərə iqtisadiyyatı qısa davamlı şok yaşayacaq”.
İspanyada işsizlik nisbəti bu ölkədə iqtisadi böhranın yaşandığı 2010-cu ilin avqust ayından sonra ən aşağı səviyyəyə düşüb. İspaniyanın İş İctimai Təhlükəsizlik Nazirliyinin açıqladığı son məlumatlara görə, keçən ay ölkədəki rəsmi işsizlərin sayı 83 min azalaraq 4 milyon nəfərə düşüb. İşsizlərin sayı son 12 aylıq dövrdə 321 min 845 azalıb. İşizliyin illik geriləmə sürəti7 faizə yüksəlib.
Yunanıstan Parlamenti ölkədəki həmkarlar ittifaqlarının tətil qərarı almasına səbəb olan mübahisəli vergi və pensiya islahatı layihəsini bu gün səsverməyə çıxaracaq. Layihə 1300 avro təqaüd alanların pullarının 40 faizinin kəsilməsini nəzərdə tutur.
Yunanıstan maliyyə naziri Corc Katrougalos vergi gəlirlərini də artırmağı məqsəd qoyan islahatı tərifləyib: “Xalqın gəlirinin çox-çox azaldığı bir prosesin içindəyik. 2010-cu ildəkindən daha çox kasıb vəziyyətdəyik və indi də pensiya sistemində bir tənzimləmə aparacağıq. Lakin bu ilk dəfə ədalətli üsulla olacaq”.
Söz Avropa ölkələrindən düşmüşkən, Avropa Mərkəz Bankı (ECB) 500 avroluq banknotları tədavüldən çıxarmağa hazırlaşır. Bankdan verilən şərhdə deyilir ki, hələ də tədavüldə olan 500 avro kağız pullar 2018-ci ilin sonlarına qədər etibarlıdır. Bundan sonra bu banknotlar artıq çap edilməyəcək. Qeyd edək ki, Fransanın Maliyyə Naziri Avropa Mərkəz Bankının bu qərarını dəstəkləyib. Bildirilib ki, banknotlar nəyisə satın almaqdan çox bir şeyi gizlətmək məqsədiylə istifadə edilir. Bu banknotlarla əlaqədar sual işarələrinin olması çox normaldır.
Avropa Mərkəz Bankının statistikasına görə, dövriyyədədki avroların 3 faizini 500 avroluq kağız pullar təşkil edir. Araşdırmalar göstərir ki, Avropa Birliyi vətəndaşlarının 56 faizi bu banknotlardan istifadə etməyib.
Doha samitinin fiaskoya uğramasından sonra İran neft hasilatının dondurulması planınına qoşulmağa hazır olduğunu açıqlayıb. İran Milli Neft Şirkətinin (NIOC) nümayəndəsi Möhsün Qəmsəri deyib ki,
Bu, İranın artıq neft hasilatıyla bağlı məqsədinə çatması ilə bağlıdır: “Neft nazirimizin məqsəd kimi müəyyənləşdirdiyi hədəfə - sutkada 4,2 milyon barelə çatmışıq. Ona görə də biz də neft hasilatının dondurulması planınına qoşulmağa hazırıq”.
Bununla yanaşı, M.Qəmsəri bu məsələdə son qərarın neft naziri Bijən Namdar Zəngənə tərəfindən veriləcəyini də əlavə edib.
Azərbaycan
Gəldik çıxdıq öz ölkəmizə…
Yola saldığımız həftə “Banklar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqləndi. Qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yeniliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.
Həmçinin, Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.
Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. Belə ki, qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kredit verə bilməyəcək.
Qeyd edək ki, hazırda 40-cı maddəyə əsasən, kreditin verilməsinə və onun şərtlərinə dair Müşahidə Şurasının razılığı və İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmir.
Maliyyə Bazarlarına Nəzarət Palatası isə sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul etdi. Hansıki bu qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb. Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.
Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.
Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaq. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur.
Həmçinin bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə də qərar qəbul edilib. Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli artırılması nəzərdə tutulur.
Məndən bu qədər…
Leyla Əliyeva
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər