İdman
Azərbaycan velosipedçilərindən Tayvan turunda uğurlu start
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası
“Synergy Baku”nun üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının
(UCI) 2.1 kateqoriyalı “Tayvan turu”nda mübarizəyə
başlayıb.
5 günlük yürüşün bu gün keçirilən 1-ci mərhələsində iştirakçılar paytaxt Taybey küçələri ilə 52 km məsafə qət ediblər.
“Synergy Baku” üzvlərinin hamısı finişi liderlə eyni vaxtda keçsələr də, fotofinişə əsasən Kristof Şvayzer 10-cu, Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov 12-ci, Yan Sokol 13-cü, Azərbaycanın Elit yığma komandasının şərəfini qoruyan Aqşin İsmayılov 28-ci, Markus Eybeger isə 45-ci olub.
Komanda üzvlərimizin bu nəticəsi “Synergy Baku”nun ümumi sıralanmada 20 kollektiv arasında 1-ci olmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 152 km məsafə qət edəcəklər.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO