İstanbul ermənilərə “qucaq açdı”
Bizi izləyin

İdman

İstanbul ermənilərə “qucaq açdı”

Ermənistanın "Pünik" klubu futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Norveç "Molde"si ilə oyunlara Türkiyənin İstanbul şəhərində hazırlaşacaq.

Publika.az Ermənistan klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Pünik" artıq İstanbuldakı "Green Park" hotelində məskunlaşıb.

Qonşu ölkədə iyulun 12-dək hazırlıq keçəcək komanda oradan Norveçə yollanacaq. Komandalar əvvəlcə iyulun 14-də Moldedə üz-üzə gələcəklər. Cavab görüşü isə bir həftə sonra İrəvanda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə start verən "Pünik" ilk rəqibi "Folqor" (San Marino) komandasını hər iki görüşdə 2:1 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm