İdman
Qurban Qurbanov: "Çalışacağıq ki, azarkeşlərimizi sevindirək"
"Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik” komandasına qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, vacib oyuna çıxdıqlarını qeyd edib: "Yaxşı bir komandaya qarşı oynayacağıq. “Seltik” indi daha fərqli oyun nümayiş etdirir. Matçın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Rəqib hesabda üstün olsa da, qarşıda 90 dəqiqə var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün vəziyyətinə münasibət bildirən baş məşqçi deyib ki, bu barədə çox danışmağa ehtiyac yoxdur: "Belə hallar olur. Hər halda ən yaxşısını etməyə çalışacağıq. Ola ilər ki, bu, sürətli, daha baxımlı oyuna mane olsun, lakin əlimizə düşən şanslardan maksimum istifadə etməyə çalışacağıq. Əsas odur ki, ilk qolu biz vuraq. Ancaq daha vacib olan odur ki, qol buraxmayaq".
Xatırladaq ki, ilk oyunda Şotlandiya komandası minimal hesabla qələbə qazanıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ