Ulduz futbolçu Londona niyə gedib?
Bizi izləyin

İdman

Ulduz futbolçu Londona niyə gedib?

Ulduz futbolçu Londona niyə gedib?

“Zenit”in braziliyalı ulduzu Halkın agenti ilə birgə Londona getməsi böyük ajiotaja səbəb olub.

Mətbuat Halkın London klublarından birinə transfer olunacağını iddia edib. Məsələ burasındadır ki, belə versiyanın yaranmasına ulduz futbolçu özü zəmin yaradıb.

O, Instagram səhifəsində qeyd etmişdi ki, Londona işləməyə gedir. Publika.az xəbər verir ki, “Zenit” rəhbərliyi məsələ ilə bağlı açıqlama verib.

Klubun mətbuat xidmətindən bildiriblər ki, Halk Londona çəkilişdə iştirak etmək üçün yollanıb. Ulduz futbolçunun hansı çəkilişdə iştirak etdiyi isə açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm