İdman
Güləşçilərimiz erməninin kürəyini yerə vurdu
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə
gənclər arasında Dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən xəbərə görə,
sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və
məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq),
Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov
(66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84
kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak
edir.
Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər
yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa
vurub.
50 kq çəkidə mübarizə aparan Arif Hüseynov Yaponiya və Qırğızıstan
güləşçilərinə qalib gəlsə də, yarımfinalda İran güləşçisi ilə
gərgin keçən görüşdə məğlub olub. Təmsilçimiz bürünc medal uğrunda
Ermənistan təmsilçisi ilə görüşə çıxıb. Rəqibini 4:2 üstələyən Arif
Hüseynov Dünya çempionatının bürünc medalına sahib olub.
60 kq-da yığmamızın üzvü Cahid Həsənzadə ilk görüşdə Ermənistan
təmsilçisini vaxtından əvvəl məğlub edib. Ardıcna Ukrayna və
Belarus güləşçilərini də üstələyən təmsilçimiz yarımfinalda İranlı
rəqibinə uduzub. Cahid bürünc medal uğrunda görüşdə Rusiya
təmsilçisinə uduzub və çempionatı 5-ci sırada tamamlayıb.
96 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev finala qədər maneəsiz
irəliləyib. Ardıcıl olaraq Rusiya, Finlandiya və Qazaxstan
təmsilçiləri üzərində qələbə güləşçimizi finala yüksəldib.
Həlledici görüşdə İran təmsilçisinə də şans verməyən Nurməhəmməd
Hacıyev Dünya çempionatının qızıl medalına yiyələnib.
Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində
idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim
Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin
Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda
hesabında ikinci sırada başa vurub.
Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44
kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63
kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq))
medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada
qərarlaşıb.
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?