İdman
Volqa çayının sahilində dünya kuboku yarışları
İki həftədən sonra Ştutqart (Almaniya) şəhərində start götürəcək ilin əsas yarışı - Dünya Çempionatına istiqamət alan bədii gimnastların karvanı, hazırda Volqa çayının sahilindədir.
Publika.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində cari ilin sonuncu Dünya Kuboku mərhələsi keçirilir.
Fərdi çoxnövçülük yarışlarının nəticələrinə əsasən, 2015-ci ilin Bədii Gimnastika üzrə Avropa Çempionatında uğurla debüt edən və Dünya Kubokunda gücünü sınamaq qərarına gələn Azərbaycan gimnastı Ayşən Bayramova 26-cı yerdə qərarlaşdı. Digər gimnastımız Gülsüm Şəfizadə 33-cü oldu.
Təəssüflər olsun ki, Azərbaycanın qrup hərəkətləri komandası çoxnövçülük yarışında mübarizəsini, qrup üzvlərindən birinin aldığı zədəyə görə başa çatdıra bilmədi.
Dünya Çempionatına qalmış növbəti 2 həftə ərzində Ayşən, Gülsüm, həmçinin Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət kollektivi intensiv məşqlərin sonuncu mərhələsi gözləyir. Bu mərhələ komandanın lideri Marina Durunda üçün isə Sofiyadakı Dünya Kubokundan qayıtdıqdan dərhal sonra başlanıb.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”